11 mart 2019 11:59
603

Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi (MN) və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi birgə tədbirlər həyata keçirir.

"İki sahil" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, MN ilə imzalanmış birgə tədbirlər planına uyğun olaraq, komitə nümayəndələri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə hərbi qulluqçularla görüşüb.

Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli mənəvi dəyərlərimiz rolu mövzusunda söhbətlər aparılıb və şəxsi heyətin “Şəhadət” filminə baxışı təşkil olunub.