04 iyun 2018 15:34
1117

Zakir Həsənov Rusiyaya gedir

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, iyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edəcəklər.