16 iyun 2020 16:17
1473

Sülhməramlılarımız Əfqanıstana yola salınıb

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə “İki sahil”-ə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.