İtaliyada koronavirus səbəbiylə toyları gecikən gəlinlər küçəyə çıxaraq aksiya keçiriblər.
"İki sahil" xəbər verir ki, Romaya toplaşan qadınlar hökuməti məhdudiyyətləri aradan qaldırmağa çağırıblar. Toyları koronavirus səbəbindən təxirə salınan namizədlər, gəlinlik paltarlarını geyib şəhərin simvollarından biri olan Trevi Bulağının önünə toplaşıblar.
Əllərində pankartlarla şüarlar səsləndirən namizədlər, hökumətin qərarlarını tənqid ediblər. Gəlin namizədləri "Ölçü ilə məhdudlaşdırılan bir xəyal", "Toyların 90 faizi 2021-ci ilə təxirə salındı", "Toylarımızı məhv etdin", "Kilsələrin qapıları toylara bağlıdır" şüarlar səsləndiriblər.
Almaniya XİN rəhbəri Ukrayna üzrə danışıqların yayda bərpa oluna biləcəyini istisna etməyib
Krımda gecə saatlarında motosiklet və digər mototexnika hərəkəti məhdudlaşdırılıb
Beynəlxalq arbitraj Qara dəniz və Kerç boğazı ilə bağlı iş üzrə qərarını açıqlayıb