14 iyul 2020 10:53
1046

Ermənilər Tovuzun daha bir kəndini atəşə tutdu

Vaqif Dərgahlı: Tovuzun Dondar Quşçu kəndi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı deyib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.