23 avqust 2020 16:39
1421

Rusiyanın Müdafiə naziri Bakıya işgüzar səfərə gələcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Bakıya işgüzar səfərə gələcək.

Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, səfər avqustun 25-i baş tutacaq.