24 avqust 2020 19:10
1606

MN erməni diversantın üzərindən götürülən ləvazimatların fotolarını təqdim edib

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkarlanıb.

AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın üzərindən götürülən əşyaları ictimaiyyətə təqdim edir.