02 sentyabr 2020 16:12
1515

Zakir Həsənov Moskvaya gedəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün sabah Moskva şəhərinə yola düşəcək.
"İki sahil" Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər sentyabrın 6-dək davam edəcək.