03 sentyabr 2020 12:34
1087

Tankçılarımız finala yüksəlib

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final mərhələsinə yüksəlib.

Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, sentyabrın 5-də keçiriləcək final mərhələsində Azərbaycan tankçıları Rusiya, Çin və Belarus komandaları ilə yarışacaq.