03 sentyabr 2020 12:55
1457

Tankçılarımız finalda

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final mərhələsinə yüksəlib.

"İki sahil" Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 5-də keçiriləcək final mərhələsində Azərbaycan tankçıları Rusiya, Çin və Belarus komandaları ilə yarışacaq.