Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib.
Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, final yarışlarında birinci divizionda Rusiya, Belarus və Çin komandaları ilə mübarizə aparan Azərbaycan tankçıları uğurlu çıxış edib.