Erməni hərbi bölmələri “TRT Haber” və “Anadolu” agentliyinin əməkdaşlarının olduğu nöqtəyə minaatandan 3 atəş açıblar.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı Anadolu Agentliyi və TRT yayıb.
Məlumata görə, mərmilər jurnalistlərdən 100 metr məsafəyə düşüb. Hadisə nəticəsində yaralıların olmadığı bildirilib.