28 sentyabr 2020 12:36
1089

Ermənistanın Tərtərə hücumları ilə əlaqədar lazımi addımlar atılacaq

"Ermənistan tərəfinin Tərtərə hücumları ilə əlaqədar Müdafiə Nazirliyi qarşı tərəfə xəbərdarlıq edib. Tərəfimizdən lazımi addımlar atılacaq”.

“İki sahil” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, bu gün hərbi attaşelərə düşmənin itkiləri, təxribatları və dezinformasiyası barədə ətraflı məlumat verilib.