29 sentyabr 2020 10:03
557

Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur

Ermənistan növbəti provokasiyaya əl atıb. Sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur.
"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyindən bildirilir ki, Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.