30 sentyabr 2020 09:40
690

Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur

Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "İki sahil"-ə bildirilib ki, ilkin məlumata görə mülki infrastruktura ziyan dəyib və yaralılar var.