02 oktyabr 2020 11:53
1316

Müdafiə Nazirliyi: Erməni əsgərlər arasında atışma olub

Əldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib.

Bu barədə "İki sahil"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub.