Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib, yaralananlar var.
Bu barədə "İki sahil"-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Ordusu ilə döyüşlərdə sarsıdıcı zərbələr alaraq geri çəkilən düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur.