Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti ianə ediblər. Hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.
“İki sahil” xəbər verir ki, DTX-nın İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX-nın şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!