06 oktyabr 2020 10:44
638

İndiyədək ermənilər 27 mülki şəxsi qətlə yetirib, 141 nəfəri yaralayıb

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 27 mülki şəxsi qətlə yetiririlib, 141 nəfəri isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 63, yaşayış evlərinin sayı isə 376-dır.