Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ayın 12-dən 16-dək Belarusda keçirəcəyi növbəti “Sarsılmaz qardaşlıq” adlı hərbi təlimlərdə iştirak etməyəcəklərini açıqlayıb.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə KTMT mətbuat katibi Vladimir Zeynəddinov bildirib.
Bununla yanaşı oktyabr ayının 23-dən 30-dək KTMT tərəfindən Ermənistanda keçirilməsi nəzərdə tutulmuş "Axtarış 2020" və "Qarşlıqlı fəaliyyət 2020" adlı komanda-qərargah təlimlərinin də təxirə salındığı diqqətə çatdırılıb.
Ermənistanın KTMT ölkələrinin birgə hərbi təlimində iştirak etməməsi Azərbaycanın işğal etdikləri ərazisində sentyabr ayının 27-dən başlayan hərbi əməliyyatlarla əsaslandırılır.