06 oktyabr 2020 15:40
740

Ermənilər Azərbaycan Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açıb

Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb.

Bu barədə “İki sahil”ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilir ki, vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir:

https://twitter.com/wwwmodgovaz