07 oktyabr 2020 10:05
561

Cəbrayıl istiqamətində ordumuz tam üstünlüyə malikdir 

Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb.

Müdafiə Nazirliyindən "İki sahil"ə bildirilib ki, Cəbrayıl istiqamətində ordumuz tam üstünlüyə malikdir: "Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir."