07 oktyabr 2020 13:01
788

AMADA-dan Azərbaycan Silahlı Qüvvələrinə dəstək barədə

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda inamla döyüşən  şanlı Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 AZN vəsait köçürüb.

“İki sahil” xəbər verir ki, bundan əlavə AMADA əməkdaşları döyüşlərdə yaralanan hərbçilərə kömək məqsədi ilə  öz təşəbbüsləri ilə vəsait toplayaraq tibbi ləvazimatlar alıb  və  Müdafiə Nazirliyinin Tibb Xidmətinə  təhvil verib.

AMADA kollektivi döyüşlərdə yaralanan  hərbçilərimizə şəfa  diləyir, şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına  baş sağlığı verir.