Azərbaycan ordusunun Ermənistanın işğalçı silahlı dəstələrinin təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhə boyu uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri xalq da böyük ruhyüksəkliyi yaradır.
“İki sahil” xəbər verir ki, AMEA Botanika İnstitutunun kollektivi Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 5800 manat vəsait köçürüb.
İnstitutun direktoru, akademik V.M.Əlizadə bildirib ki, Azərbaycanor dusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsada, indiki məqamda orduya hərtərəfli dəstəyi mənəvi borc hesab edirik və bu istiqmətdə əlimizdən gələni əsirgəməməliyik.