“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan təsərrüfat hesablı idarələri işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 manat ianə ediblər. ASC-dən “İki sahil”ə verilən məlumata görə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan
-“Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi”,
“Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu”,
- “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu”,
- “Samur-Abşeron Kanalı İstismarı İdarəsi”,
- “Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşırma və
Sazlama İdarəsi”,
- “Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi”,
- “Qazax Melioservis İdarəsi”,
- “Kürdəmir Melioservis İdarəsi” və
- “Bəhramtəpə Melioservis İdarəsi” Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olublar.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin kollektivi şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir.
Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!