09 oktyabr 2020 10:22
702

Ermənistan Xankəndindəki əsgərləri təxliyə edir

Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edilir.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.