22 dekabr 2020 12:39
792

Vətən müharibəsində 42 tibb işçisi şəhid olub

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müharibədə tibb işçiləri də könüllü olaraq ön cəbhəyə gedərək əsgər və zabitlərimizlə çiyin-çiyinə dayanıb.

"İki sahil" xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, 42 tibb işçisi cəbhədə xidməti vəzifəsini yerinə yetirərək yaralı hərbi qulluqçulara təxirəsalınmaz tibbi yardım göstərərkən qəhrəmancasına şəhid olub, ümumilikdə isə 159 tibb işçisi yaralanıb.