24 dekabr 2020 12:09
952

Müdafiə nazirinin müavini Türkiyədə səfərdə olub

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevlə görüşüb.

Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, görüşdə Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler də iştirak edib.