"İki sahil" sosial şəbəkələrdə "Qəhrəmanlarımızı tanıyaq" rubrikası ilə paylaşımlar edir.
Rubrikaların birində şəhid Naiq Faiq oğlu Ələkbərovdan bəhs olunub.
Qəhrəmanımız 8 avqust 1994-cü ildə, Şamaxı rayonu Bağırlı kəndində anadan olub.
2012-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi həkim kimi təhsilini davam etdirib. 2014-cü ildə isə Azərbaycan Ordusunun “N” saylı hərbi hissəsində gizir hərbi rütbəsi ilə xidmətə başlayıb. Daha sonra 2015-ci ildə XTQ kurslarından uğurla keçən Naiq, 2016-ci il aprel döyüşlərində də iştrak edib, göstərdiyi şücaətə görə "Vətənə xidmətə görə medalı" ilə təltif olunub.
27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən o, öz yerini tutub. Cəbrayıl rayonunun işğaldan azad olunması əməliyyatında qəhrəmanlıq göstərib.
8 oktyabr tarixində, Vətən müharibəsinin Fizuli cəbhəsində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.
Ölümündən sonra gizir Ələkbərov Naiq “Vətən Uğrunda”, “Cəsur Döyüşçü”, “Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda” medalları ilə təltif edilib.
Ondan geriyə bizlərə, Vətənə əmanət 3 övladı yadigar qaldı...
Ruhun şad olsun