27 dekabr 2020 20:59
902

Xankəndi yaxınlığında 2200-dən çox partlayıcı aşkarlanıb

Rusiya sülhməramlıları Xankəndi şəhəri daxil olmaqla Dağlıq Qarabağın yaşayış məntəqələrinin minalardan təmizlənməsi işini davam etdirir.

"İki sahil" azvision-a istinadla xəbər verir ki, mühəndis bölmələri Xankəndi yaxınlığında 3 hektar ərazini minadan təmizləyib.

Rusiya sülhməramlı kontingentinin mətbuat xidmətindən verilən məlumata görə, əraziyə baxış zamanı 2237 partlayıcı maddə tapılaraq məhv edilməsi üçün poliqona aparılıb.