29 dekabr 2020 14:31
1056

Bu generallar “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin daha 5 generalını təltif edib.

"İki sahil"in məlumatına görə, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Sərəncama əsasən Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant, Bərxudarov Mayis Şükür oğlu – general-mayor, Məmmədov Zaur Sabir oğlu – general-mayor, Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor, Sultanov Ağamir Əzizxan oğlu – general-mayor Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Şuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.