COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda elan edilmiş karantin rejimi auditoriya şəraitində tədrisin təşkilinə də təsir göstərib.
"İki sahil" xəbər verir ki, öyrənmənin və tədrisin davamlılığını təmin etmək, eləcə də əməkdaşların maarifləndirilmək və şəxsi inkişaflarına dəstək olmaq məqsədilə ötən ilin mart ayından SOCAR tərəfindən onlayn təlim və vebinarlar təşkil olunmağa başlanıb.
Məlumata görə, 2020-ci il ərzində SOCAR-da təşkil olunmuş 904 onlayn təlimdə 25 000-ə yaxın (24 835) SOCAR əməkdaşı iştirak edib. Təlimlərin onlayn şəkildə keçirilməsi nəticəsində təlim iştirakçılarının sayı 2,6 dəfə artıb.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib