2020-ci il ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı verib.
"İki sahil" bu barədə “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir.
Bununla da 2020-ci il ərzində SOCAR-a verilən səmt qazının həcmi əvvəlki illə müqayisədə 4,8 faiz artıb.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib