Havaların soyuq keçməsi ilə bağlı verilən proqnozlarla əlaqədar "Azəriqaz" İstehsalat Birliyi ölkə ərazisində gücləndirilmiş iş rejiminə keçib.
"İki sahil" xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, ölkə ərazisində qaz təzyiqinin aşağı düşməsi ilə bağlı müraciətlər nəzarətə götürülür: "Bəzi ərazilərdə qaz təzyiqinin aşağı düşməsi ilə bağlı "Azəriqaz"ın "Qaynar xətti"nə azsaylı müraciətlər daxil olur. Bu məsələni şəxsən diqqətdə saxlayıram. Sabahdan etibarən ölkə ərazisində havanın hərarəti də aşağı düşəcək. Artıq "Azəriqaz" bu məsələ ilə bağlı hazırlıq tədbirləri görüb. Abonentlərə qazın verilişi ilə bağlı heç bir problem yoxdur".
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib