29 fevral 2016 18:03
263

Pakistan generalını Bakıya göndərir

Fevralın 29-da Pakistan İslam Respublikasının Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

İki sahilAzərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 3-dək davam edəcək səfər çərçivəsində qonağın bir sıra görüşləri nəzərdə tutulub.