“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu martın 19-u saat 12:00-da keçiriləcək.
"İki sahil" xəbər verir ki, baş direktor Ruslan Əliyev Şabran rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov Qusar rayonu, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov isə Quba şəhəri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib