2020-ci ildə Azərbaycanda qazdan qeyri-qanuni istifadə, kənar müdaxilə ilə bağlı 50 min fakt aşkarlanıb.
Bu barədə "İki sahil"ə açıqlamasında “Azəriqaz” İstehalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib. R.Əliyevin sözlərinə görə, 2019-cu ildə kənar müdaxilə halları 60 min olub:
“Kənar müdaxilə dedikdə bura sayğacdan kənar qoşulma, sayğaca müdaxilə, abonent olmayaraq yaxındakı qaz kəmərlərinə qoşulma və digər hallar aiddir. Hər il rəqəmlərdə azalma müşahidə edilir və ümid edirik ki, bu il daha az göstərici olacaq. Lakin burada təkcə "Azəriqaz" deyil, insanlar da yardım etməlidir. İctimai qınaq olarsa, belə hallar daha tez aşkarlanar və faiz etibarı ilə belə müdaxilələr sıfıra yaxınlaşar".
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib