SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olunub.
"İki sahil" xəbər verir ki, Birliyin baş direktorunun əmri ilə bu vəzifəni Azər Hacıbək oğlu Abasov icra edəcək. A.Abasov bu təyinata qədər “Azəriqaz” İB-nin Metrologiya Departamentinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Tərtər Regional qaz istismarı İdarəsinin öncəki rəisi Rəşad Cavadov isə bu günlərdə Birliyin baş direktorunun satış üzrə müavini vəzifəsinə təyin olunub.
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib