Bu il Azərbaycanda qaz hasilatının əsas artımı əvvəlki illərdə olduğu kimi, xarici konsorsiumla birgə işlənən "Şahdəniz" yatağının payına düşəcək.
"İki sahil" xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib. O bildirib ki, 2021-ci ildə hasilat artımı, həmçinin SOCAR-ın operatoru olduğu yataqların, xüsusilə də "Ümid" yatağının payına düşəcək.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2021-ci ildə Azərabaycanda təbii qaz hasilatının 0,67 milyon barel/sutkayadək artacağını proqnozlaşdırır.
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib