“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu aprelin 23-də saat 12:00-da keçiriləcək.
Birlikdən "İki sahil"ə bildirilib ki, Baş direktor Ruslan Əliyev Astara rayonu, Baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov Lənkəran rayonu, Baş direktorun istismar üzrə müavini Cahid Hüseynov isə Yardımlı rayonu ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər. Qəbula dair əlavə məlumat almaq istəyənlər birliyin Lənkəran Regional Qaz İstismarı İdarəsinə müraciət edə bilərlər.
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib