“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu mayın 21-də saat 12:00-da keçiriləcək.
Birlikdən "İki sahil"ə bildirilib ki, Baş direktor Ruslan Əliyev Ağdam rayonu, Baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Füzuli rayonu, Baş direktorun istismar üzrə müavini Cahid Hüseynov isə Tərtər rayonu ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.
Qəbula dair əlavə məlumat almaq istəyənlər “Azəriqaz”ın Tərtər Regional Qaz İstismarı İdarəsinə (Tərtər RQİİ) müraciət edə bilərlər.
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib