İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşüb.
SOCAR-dan "İki sahil"ə verilən məlumata görə, görüş zamanı şirkət ilə “Rosneft” arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, enerji keçidindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, SOCAR-ın prezidenti işgüzar səfəri çərçivəsində Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edib və forumun Energetika panelində çıxış edib.
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib