Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki "Petkim" neft-kimya kompleksi "SOCAR Türkiyə"nin törəmə müəssisəsi STAR neft emalı zavodundan daxil olan 2,3 milyon ton xammaldan istifadə edir.
"İki sahil"in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu "SOCAR Türkiyə"nin Direktorlar Şurasının sədr müavini Vaqif Əliyev deyib.
O, bu iki müəssisənin inteqrasiyalı işinin vacibliyini qeyd edib: "Petkim" artıq 50 ildən çoxdur ki, işləyir. Onun satın alınmasından sonra biz hər il kompleksə 100 milyon dollardan çox investisiya qoymuşuq. Bu müəssisə nafta əsasında işləyir. STAR zavodunda istehsal olunan 2,3 milyon ton xammal "Petkim"də istifadə olunur".
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib