01 iyul 2021 20:51
1045

Oxu.Az 8 yaşında VİDEO

Oxu.Az xəbər portalının səkkiz yaşı tamam olub.

Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb və qısa müddətdə geniş oxucu auditoriyası toplayıb.

24 saat fəaliyyət göstərən sayt Azərbaycan və rus dillərində gündəlik 300-350 material dərc edir. Portal gün ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına çatdırır. Eyni zamanda saytda ölkədə və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Öz göstəriciləri ilə media sahəsində aparıcı mövqedə dayananan saytın komandası oxuculara daim yeni və maraqlı materialları operativ şəkildə təqdim edir.

“İki sahil” Media Qrupu olaraq Oxu.Az-da çalışan həmkarlarımızı təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayırıq.