02 iyul 2021 12:02
1127

Biləcəridə hərbi yük avtomobili yanaraq kül oldu - FOTO/VİDEO

Bu gün səhər saatlarında  Biləcəri qəsəbəsi,  Xurşidbanu Natəvan küçəsində hərbi yük maşını yanaraq külə çevrilib.

“İki sahil”in hadisə yerində olan müxbiri xəbər verir ki, həmin istiqamətdə olan yollar bağlanıb.

Yanğın nəticəsində ölən və yaralananların  olmadığı deyilir.

Avtomobilin boya ilə yüklü olduğu bildirilir.