"Ümid" yatağında bütün kəşfiyyat quyularının ağzı bağlıdır, heç bir sızıntı yoxdur.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və Geofizika şöbəsinin rəisi Fərhad İbadov deyib.
Onun sözlərinə görə, guya quyuda iş aparılarkən zədələnmə olmasına dair yayılan məlumatlar həqiqəti əks etdirmir: "Ümumiyyətlə, neft-qaz yataqlarında işlər aparılarkən, həmin sahələrdəki seysmik proseslər nəzərə alınır".
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib