05 iyul 2021 18:12
2022

Üzeyir Hacıbəylinin Şuşadakı heykəli belə olacaq VİDEO

Heydər Əliyev Fondu tərəfindən Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq. 

“İki sahil” xəbər verir ki, hazırda Bakıda emalatxanada heykəlin hazırlanması prosesi gedir.

Abidə Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində ucaldılacaq.

Yeni abidə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan  və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılır.

Heykəlin üzərində işlər 18 Sentyabr- dahi bəstəkarın doğum günü və Musiqi Gününə qədər başa çatdırılacaq.