Azərbaycanın mətbuat tarixində missiyasını əzmlə və şərəflə yerinə yetirən, milli dövlətçiliyimizin və müasir dövlətçilik ənənələrimizin qorunub saxlanmasında əvəzsiz xidmətləri olmuş və öz müqəddəs işini indi də yüksək həvəslə davam etdirən «İki sahil»” qəzeti fəaliyyət göstərdiyi ötən 30 il ərzində qarşısına qoyduğu vəzifələrin öhdəsindən həmişə ləyaqətlə gəlmişdir. Hər zaman öz dəst-xətti və xüsusi mövqeyi ilə fərqlənən «İki sahil» qəzeti bu gün də prinsiplərinə sadiq qalaraq qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsinə nail olur.
«İki sahil”»in keçdiyi zəngin və şərəfli yola dünənin və bu günün prizmasından baxsaq görərik ki, qəzet dövrün tələblərinə uyğun olaraq daim yenilənir, müasir texnologiyalardan istifadəyə xüsusi önəm verir. «İki sahil» qəzeti bütün bu illər ərzində təkcə cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməmişdir. Eyni zamanda, ölkədə ictimai fikrin obyektiv və düzgün əsaslarla formalaşması sayəsində böyük xidmətlər göstərmiş və gərgin mübarizədə müstəqilliyini bərpa edən ölkəmizin siyasi sisteminin milli maraqlara uyğun qurulmasında mühüm rol oynamışdır. Bu gün də «İki sahil» qəzeti mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində və incəsənət xadimlərimizin qazandığı uğurların geniş oxucu aiditoriyasına çatdırılmasında mühüm rol oynayır. Hazırda qəzetin «İki sahil.az» internet saytı oxucuların, İkisahil.TV internet televiziyası isə tamaşaçıların böyük rəğbətini qazanıb.
Müstəqil Azərbycanın müasir mətbuat tarixində öz-dəsti xətti ilə seçilən, fəaliyyətə başladığı gündən xalqımızın, dövlətimizin azadlıq arzularına səs verən «İki sahil» ailəsini, başda Vüqar Rəhimzadə olmaqla qəzetin yaranmasında bugünkü səmərəli fəaliyyətində əməyi olan insanları və bu nəşrin çoxsaylı oxucularını 30 illik yubiley münasibətilə təbrik edirəm.