10 iyul 2021 10:02
1352

Cavanşir Paşazadə: “İki sahil” qəzetinin dövlətçiliyimizin qorunmasında böyük xidmətləri olub - VİDEO

“Hörmətli “İki sahil” qəzetinin oxucuları, mən hər birinizi təbrik edirəm. “İki sahil” qəzetinin baş redaktoru Vüqar müəllimi, redaksiyanın yaradıcı əməkdaşlarının və digər texniki işçilərin hər birinə uğurlar arzu edirəm.”

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə “İki sahil” qəzetinin kollektivinə qəzetin 30 illik yubileyi münasibətilə ünvanladığı təbrikində bildirib.

C.Paşazadə təbrikində qeyd edib ki, “İki sahil” qəzetinin bizim müasir müstəqil dövlətimizin qurulmasında, müstəqilliyimizin qazanılmasında, torpqalarımızın azad olunmasında böyük xidmətləri olub: “Bildiyimiz kimi, 1991-ci ildə “İki sahil” qəzeti yaranıb və o dönəmdə “İki sahil” adı özündə böyük çətinliklər yaradırdı. Həmin vaxtlar bizim dövlətimizə, bizim xalqımıza səriştəsiz rəhbərlər başçılıq edirdilər və Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə idi. Bu qəzetin qeydiyyatdan keçməsi özü özlüyündə böyük bir inqilab idi. Buna da nail olan dostumuz Vüqar Rəhimzadə idi. Təbii ki, “İki sahil” qəzeti böyük simalar, böyük işlər görüb. “İki sahil” qəzetində Azərbaycan 91 nəfər ziyalının Ümummilli Liderə müraciəti və ulu öndər Heydər Əliyevin həmin müraciəti dərc edilib.

30 ildə “İki sahil” qəzetinin gördüyü işləri əlbəttə 3, 5 dəqiqəyə sığışdırmaq mümkün deyil. Mən “İki sahil” qəzetin baş redaktoruna və bütün əməkdaşlarına uğurlar arzu edirəm. Arzu edirəm ki, gələcəkdə də dövlətimizin müstəqilliyi, gücü uğrunda çalışsınlar. Mən onlara müvəffəqiyyətlər arzu edirəm.”