“Əziz “İki sahil” qəzeti və qəzetin baş redaktoru çox hörmətli Vüqar müəllim, qəzetin əzmkar, məhsuldar və dəyərli kollektivi!
Siz, 30 ildir ki, sahillərin qovuşması üçün çalışırsınız, əzmlə mübarizə aparırsınız. Qəzetiniz o qədər həm tərtibat nöqteyi-nəzərindən, həm məzmun cəhətdən yüksək səviyyədə və keyfiyyətdədir ki, ən oxunaqlı qəzetlər sırasındasınız.”
Bu fikirləri “İki sahil” qəzetinin 30 illik yubileyi münasibətilə təbrikində Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev deyib:
“Sizi 30 yaşınız münasibətilə həm öz adımdan, həm Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi adından səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq zirvələri fəth etmənizi arzulayıram, daim yolunuz açıq olsun deyirəm.”